Əliyev Nakim
Sual: Azərbaycan
Cavab: Salam, Nakim bəy. Zəhmət olmasa, fikrinizi daha aydın şəkildə ifadə edin ki, sizə necə kömək edəcəyimizə kömək olasınız.
İsmayılzadə
Sual: Salam, mənə Mahirə Quliyevanın "Şərq poetikasının əsas kateqoriyaları" kitabı lazimdir pdf göndərə bilərsiz zəhmət olmasa.
Cavab: Salam, Lamiyə xanım. İstədiyiniz kitabın PDF formatı elekton ünvanınıza göndərildi.
Rahib Rahibli
Sual: Salam
Cavab: Salam, Rahib bəy. Xahiş edirəm, fikrinizi daha səlis şəkildə izah edəsiniz.
Xəyal
Sual: Bu dedektiv kitabları necə oxuya bilərəm
Cavab: Salam, Xəyal bəy. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə oxuculara evə verilir. Kitabxanamız həftənin 6 günü saat 09:00-dan 18:00-a kimi xidmətinizdədir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz. Kitabxanada xidmət pulsuzdur.
Aylin
Sual: Salam, kitabı özüm gəlib götürəndə şəxsiyət vəsiqəmi qoysam, 10 gün sonra başqa şəxs gəlib kitabı qaytarıb vəsiqəmi geri götürə bilər? Bir də əgər 10 gündən gec qaytarılsa nə olacaq?
Cavab: Salam, Aylin xanım. Bəli, etibar etdiyiniz hər hansısa bir şəxs gəlib götürə bilər. Kitabı 10 gün müddətində oxuyub bitirməsəniz, kitabxanaya yaxınlaşaraq yenidən müddətini artıra bilərsiniz.
Sevda
Sual: A.qurbanov, P.Kazımi, O.quliyev Kitabxanalarda informasiya texnologiyaları adlı kitabın pdf elektron versiyasın əldə etmək mümkündürmü ?
Cavab: Salam, Sevda xanım. İstədiyiniz kitabın PDF formatı yuxarıda qeyd etdiyiniz elektron ünvanınıza göndərildi.
Jale Hemidova
Sual: Salam, xəhmət olmasa məlumat verərdiniz, kitabxanadakı bədii kitabları oxucu kimi evə aparmaq üçün götürmək mümkündürmü? Əgər mümkündürsə: • bunun üçün hansı sənədlər tələb olunur? • eyni anda neçə kitab götürmək olar? • kitabı neçə gün müddətinə evdə saxlamaq olar? • üzvlük/oxucu kartı üçün hər hansı ödəniş varmı?
Cavab: Salam, Jalə xanım. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə oxuculara evə verilir. Kitabxanada xidmət pulsuzdur.
Ellana
Sual: Cek Londonun Mertin Oden eserini oxumaq isteyirem
Cavab: Salam, Ellana xanım. Maraqlandığınız kitab, kitabxanamızda mövcuddur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Perviz Eliyev
Sual: ƏHMƏT OLMASA HƏR BİR KİTABXANA KİTABINDAN ELAVE EDERSİNİ
Cavab: Salam, Pərviz bəy. Xahiş edirəm, fikrinizi daha səlis şəkildə izah edəsiniz.
Suğra
Sual: Salam kitabxana pulsuzdu yenı orda ders yada kitab oxumağa şəraid var?
Cavab: Salam, Suğra xanım. Kitabxanada xidmət pulsuzdur. Kitabxana həftə içi 6 gün saat 09:00-dan 18:00-a kimi kimi xidmətinizdədir. Bazar günləri qeyri-iş günləridir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.