18 OKTYABR - MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ
18 oktyabr – Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd olunur. Müstəqilliyin Bərpası Günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir.
Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxlandı. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edildi. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.
Bununla əlaqədar olaraq Respublika Gənclər Kitabxanasında "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü" adlı sərgi təşkil edilmişdir. Sərgidə müstəqillik və Zəfər tarixindən bəhs edən kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Müstəqilliyimiz dönməzdir, əbədidir...” adlı icmal sərgilənməkdədir.